Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
25 May , 2019 15:01
Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini, 20 yaşlı Asiman Alıyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, A.Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi