Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə avtomobil piyadanı vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Avqust , 2017 08:17
Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkir. 17 avqust. REPORT.AZ/ Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. 

Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb. 

Yaralı yaxınlıqdakıların hadisə yerinə çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən E.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi