Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
21 İyul , 2022 11:09
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini E.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi