Şəmkirdə avtomobil maneəyə çırpılıb, iki qadın xəsarət alıb

Şəmkirdə avtomobil maneəyə çırpılıb, iki qadın xəsarət alıb Şəmkir. 27 avqust. REPORT.AZ/ Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2018 01:25
Şəmkirdə avtomobil maneəyə çırpılıb, iki qadın xəsarət alıb

Şəmkir. 27 avqust. REPORT.AZ/ Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Düz Cırdaxan kəndi ərazisində avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə Şəmkir rayonundan olan 91 yaşlı Validə Məmmədova və 59 yaşlı Gülnarə Hacıyeva müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi