Şəmkirdə maşının aşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2

Şəmkirdə maşının aşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2 Yaralılardan ikisinin vəziyyəti ağırdır
Hadisə
16 Sentyabr , 2017 23:55
Şəmkirdə maşının aşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2

Şəmkir. 16 sentyabr. REPORT.AZ/ Şəmkirdə baş verən yol qəzası nəticəsində xəsarət alanların hamısının şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar 1963-cu il təvəllüdlü Məhluqə Əhəd qızı Axundova, 1992-ci il təvəllüdlü Ayşən Etibar qızı Qurbanova, 1993-cü il təvəllüdlü Əhəd Etibar oğlu Qurbanov və 1990-cı il təvəllüdlü Aytən Məmmədovadır.

Onların hamısı Şəmkir rayon sakinləridirlər.

Yaralılardan avtomobilin sürücüsü olan Əhəd və onun bacısı Ayşənin vəziyyəti ağırdır. Onlar Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.


***21:45

Şəmkir. 16 sentyabr. REPORT.AZ/ Şəmkirdə avtomobilin aşması nəticəsində yaralanan 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar 1963-cü il təvəllüdlü Axundova Məhluqə və 1990-cı il təvəllüdlü Məmmədova Aytəndir.


***21:07

Şəmkir. 16 sentyabr. REPORT.AZ/ Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkirin Qasımalılar kəndində qeydə alınıb.

Hərəkətdə olan "Nissan Tiida" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü və maşında olan 3 sərnişin xəsarət alıb. Sürücü ağır xəsarət alaraq Reanimasiya şöbəsinə, 3 qadın sərnişin isə Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralılardan ikisini avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxardıblar.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi