Şəmkirdə avtomobil aşıb, 3 nəfər yaralanıb

Şəmkirdə avtomobil aşıb, 3 nəfər yaralanıb Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
28 Noyabr , 2019 00:49
Şəmkirdə avtomobil aşıb, 3 nəfər yaralanıb

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Seyfəli kəndində baş verib.

"VAZ" markalı avtomobilin aşması nəticəsində Seyfəli kənd sakinləri - 1977-ci il təvəllüdlü Xəyal İbrahimov, 1981-ci il təvəllüdlü Kamil Bayramov və daha bir nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi