Şəmkirdə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB Şəmkir. 27 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 Dekabr , 2018 22:18
Şəmkirdə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkir. 27 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qədimqala kənd sakini, 17 yaşlı Binnət Mehman oğlu Qədimovun idarə etdiyi "Daimler Chrysler" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücünün avtomobildəki həmyaşıdı, İsrafil Etibar oğlu Ələsgərli hadisə yerindəcə ölüb. Hadisə zamanı habelə sürücü və daha 2 nəfər - Qədimqala kənd sakinləri: 2001-ci il təvəllüdlü Minayə Minaxanova və 2001-ci il təvəllüdlü Göyçək Musazadə müxtəlif bədən xəsarətləri alıb. Hər 3 yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir neçə gün əvvəl Şəmkirdə baş verən yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb.


***20:56

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi