Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var - FOTO - YENİLƏNİB-2

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var - FOTO - YENİLƏNİB-2 Şəmkir rayopnunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
Hadisə
19 Aprel , 2019 18:49
Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var - FOTO - YENİLƏNİB-2
Report

Şəmkir rayopnunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Könüllü kəndi ərazisində baş verən yol qəzası zamanı ağır bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1990-cı il təvəllüdlü Cəbrayılov Elçin Qasım oğlu həkimlərin səyinə baxmayaraq orada ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


17:23

Şəmkir rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Yaralılar:

1991-ci il təvəllüdlü İsmayılov İlkin Namiq oğlu,

2002-ci il təvəllüdlü Məmmədzadə Elnur Kərim oğlu,

1989-cu il təvəllüdlü Hüseynov Rasim Məhəmməd oğlu,

1990-cı il təvəllüdlü Cəbrayılov Elçin Qasım oğlu.

Yaralılardan üçünün vəıziyyətinin orta, birinin vəziyyətinin isə ağır olduğu bildirlir.


*** 16:01

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi