Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb - YENİLƏNİB

Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb - YENİLƏNİB Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda avtomobilin vurduğu 7 yaşlı qız xəstəxanada ölüb.
Hadisə
28 Oktyabr , 2018 20:13
Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb - YENİLƏNİB
Report.az

Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda avtomobilin vurduğu 7 yaşlı qız xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Ağır bədən xəsarətləri alan uşaq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səyinə baxmayaraq 7 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


*** 14:36

Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda 7 yaşlı qızı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Ağır bədən xəsarətləri alan uşaq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, Z.Məmmədovanın vəziyyəti ağır olaraq qalır. 

Bundan əvvəl də Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi