Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb, hadisə törədən şəxs saxlanılıb

Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb, hadisə törədən şəxs saxlanılıb Şəmkir rayonunda 61 qəbirin güldanları dağıdılıb.
Hadisə
1 Aprel , 2019 15:21
Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb, hadisə törədən şəxs saxlanılıb

Şəmkir rayonunda 61 qəbirin güldanları dağıdılıb.

Bu barədə "Report"un Qərb bürosuna Yuxar Keçili kənd bələdiyyəsindən məlumat verilib. 

"Qəbirlərin üzərindəki güldanlar yerindən qoparılıb. Güldanlar tam sınmayıb, sadəcə, zərbə təsirindən qopub. Bu cür hal kənddə ilk dəfədir yaşanır. Qəbiristanlığa gələn sakinlər hadisədən xəbər tutduqdan sonra polisə məlumat veriblər. Araşdırmalarla hadisəni törədən şəxsin ruhi xəstə olan 27 yaşlı, kənd sakini Coşqun Sabir oğlu Nəcəbov olduğu müəyyənləşib. O, polislər tərəfindən şöbəyə aparılıb". 

Həmin şəxs hadisəni törətməsinə səbəb kimi martın 31-də kənd yerindəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbləşməsini göstərib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi