Şəmkirdə 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib

Şəmkirdə 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib Şəmkir. 3 iyun. REPORT.AZ/ Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.
Hadisə
3 İyun , 2018 12:07
Şəmkirdə 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib

Şəmkir. 3 iyun. REPORT.AZ/ Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Kənd sakini, 55 yaşlı Abdullayev Asif Rüstəm oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib. Yaxınlarının bildirdiyinə görə, o, əsəbi halda, hələ ki bilinməyən səbəbdən özünün qol və qarın nahiyələrinə xəsarət yeririb. Yaralının vəziyyəti ağırlaşdığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi