Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb

Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb Şəmkirdə 37 taşlı qadın bıçaqlanıb, vəziyyəti ağırdır.
Hadisə
3 İyul , 2022 14:45
Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb

Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini,1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, 37 yaşlı T.Əliyevanı bıçaqlamaqda şübhəli bilinən şəxs, onun həyat yoldaşı Elçin Əliyevdir. E.Əliyev hadisəni törətdikdən sonra qaçıb, onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, E.Əliyev mədəniyyət evində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi