Şəmkirdə 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb 

Hadisə
  • 18 noyabr, 2022
  • 08:13
Şəmkirdə 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb 

Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Elməddin Əhmədov ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb.

Məlumata görə, hadisə onun artezian quyusuna elektrik xətti çəkən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.