Yuxarı

Şəmkirdə 29 yaşlı yerli sakin qonşuları tərəfindən döyülüb

Onun vəziyyətinin ağır olduğu bildirilir

Şəmkir. 27 iyun. REPORT.AZ/ Şəmkir rayonunun Kamandar kəndində yerli sakin qonşuları tərəfindən döyülüb.

Bu barədə "Report"un Qərb bürosuna Şəmkir rayon Polis şöbəsindən məlumat verilib.

Məlumata görə, 1987-ci il təvəllüdlü Xəyal Kazımovun hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. Qapalı kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alan kişi yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X.Kazımovun vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi