Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
142
1 Avqust , 2021 09:49
Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Məmmədov bıçaqlanıb. Onun həmyerlisi 1989-cu il təvəllüdlü Nizami Ələkbərov tərəfindən bıçaqlandığı ehtimal edilir.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis şöbəsinə aparılıb.

Bildirilir ki, həmin şəxslər yeyib-içdikdən sonra içkili vəziyyətdə mübahisə ediblər. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi