Şəmkirdə 26 yaşlı oğlan bıçaq xəsarəti aldı

Şəmkirdə 26 yaşlı oğlan bıçaq xəsarəti aldı Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə
4 İyun , 2020 23:41
Şəmkirdə 26 yaşlı oğlan bıçaq xəsarəti aldı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çardaqlı kəndində baş verib. 

Rayon sakini, 1994-cü il təvəllüdlü Nicad Əsədov tanışı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Cinayəti törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi