Yuxarı

​Şəmkirdə 26 yaşlı gənci ilan sancıb, vəziyyəti ağırdır

İlan yerli sakini o, həyatyanı sahədə iş gördüyü zaman sancıb

Şəmkir. 21 iyul. REPORT.AZ/ Şəmkirdə ilan sancması hadisəsi baş verib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonun İrmaclı kənd sakini, 1990-ci il təvəllüdlü Elvin Həsənov ilanvurma diaqnozu ilə xəstəxanaya daxil olub.

Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Xəstənin vəziyyəti ağırdır. Yaxınlarının bildirdiyinə görə, ilan Elvini o, həyatyanı sahədə iş gördüyü zaman sancıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi