Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
25 Sentyabr , 2017 01:52
Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

Şəmkir. 25 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib.

Şəmkir rayon Könüllü kənd sakini, 1995-ci il Kənan Elçin oğlu İdrisli hələ ki, bilinməyən şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən bıçaq yarası alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi