Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqlayıb - YENİLƏNİB

Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqlayıb - YENİLƏNİB Şəmkir rayonunda 2 qadın bıçaqlanıb
Hadisə
326
26 May , 2021 21:03
Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqlayıb - YENİLƏNİB

Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

20:49

Şəmkir rayonunda 2 qadın bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Kənd sakinləri olan Şəlalə Tağıyeva və Şəhla Süleymanova bıçaq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi