Bakı. 7 fevral. REPORT.AZ/ Şəmkirdə 10 yaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib.
"Report"un məlumatına görə, Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən ehtiyatsızlıqdan kəndir boğazına dolandığından boğularaq ölüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.