Şəmkir sakinini şantaj edən şəxs tutulub

Şəmkir sakinini şantaj edən şəxs tutulub Gəncə. 28 mart. REPORT.AZ/ Şəmkir rayon sakinini şantaj edən şəxs tutulub.
Hadisə
28 Mart , 2018 12:43
Şəmkir sakinini şantaj edən şəxs tutulub

Gəncə. 28 mart. REPORT.AZ/ Şəmkir rayon sakinini şantaj edən şəxs tutulub.

"Report"un Qərb burosuna DİN mətbuat xidmətinin Qərb regional xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi