Şəmkir sakinindən 2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Şəmkir sakinindən 2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Şəmkir. 4 may. REPORT.AZ/ Şəmkir rayonunda küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Hadisə
4 May , 2018 12:15
Şəmkir sakinindən 2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Report

Şəmkir. 4 may. REPORT.AZ/ Şəmkir rayonunda küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN mətbuat xidmətinin Gəncə Regional qrupundan bildirilib. 

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 2 kiloqramdan artıq xnarkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, mayın 3-də Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çinarlı kəndində yaşayan Anar Əliyevin evindən 2 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi