Şəmkir sakinində narkotik və “Kalaşnikov” aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində V. Zamanovun rayon ərazisində gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.