Ağstafa sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Ağstafa sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB - TƏFƏRRÜAT Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirib
Hadisə
4 Oktyabr , 2017 13:58
Ağstafa sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Ağstafa. 4 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub

"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Emin Yaqubəliyev ov tüfəngi ilə baş nahiyəsinə ataş açaraq intihar edib. İllər öncə anasını itirən E.Yaqubəliyev hadisə zamanı evdə analığı ilə birgə olub. 

Analığı Şərafət Cəbrayılova "Report"un yerli bürosuna bildirib ki, hadisə zamanı evdə olsa da hadisəni necə baş verməsindən xəbərsizdir: 

"Emin otaqda olan zaman mən həyətdə idim və qəfildən güllə səsi eşidərək otağa daxil oldum. Bizim evdə ov tüfəngi yox idi. Bilmirəm tüfəngi haradan və necə əldə edib. Heç evə nə vaxt gətirdiyini də görməmişəm. Eminin atası Mahir Yaqubəliyev rayon ərazisindəki özəl şirkətlərin birində dəmirçi işləyir və hadisə zamanı işdə olub. Ona hadisənin baş verdiyini də mən demişəm".

Hüquq mühafizə orqanları hadisənin qətl olduğunu istisna etmir. 

Hazırda hüquq- mühafizə orqanları tərəfindən istintaq aparılır.


Ağstafa. 4 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda yerli sakin özünü güllələyərək öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yenigün kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 30 yaşlı Emin Mahir oğlu Yaqubəliyev özünü güllələyərək öldürüb.

Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi