Şəmkirdə iki nəfərin güllələnməsi ilə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub - YENİLƏNİB-2

Şəmkirdə iki nəfərin güllələnməsi ilə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub - YENİLƏNİB-2 Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
30 Mart , 2017 17:08
Şəmkirdə iki nəfərin güllələnməsi ilə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub - YENİLƏNİB-2

***saat 15:37

Şəmkir. 30 mart. REPORT.AZ/ Şəmkir rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə borc üstündə baş verib.

Belə ki, zərərçəkənlərin yaxınlarının verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Vahid Əsgərovun Cavid Şirinova borcu olub. C.Şirinov borcunu tələb etdikdə isə V.Əsgərov borcunu qaytarmaq üçün pulunun olmadığını deyib. C.Şirinov borcunun müqabilində V.Əsgərova məxsus "Niva" markalı avtomobilini zorla əlindən almağa çalışıb. Bundan sonra tərəflər arasında dava düşüb. C.Şirinov və onunla birlikdə gələn Zirəddin Qarayev Vahid Əsgərova məxsus avtomobilə əyləşib getmək istəyərkən o, avtomobildə olan "Vinçester" markalı silahdan hər iki şəxsə atəş açıb.

Nəticədə C.Şirinov və Z.Qarayev güllə yarası alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.

*** saat 13:28

Şəmkir. 30 mart. REPORT.AZ/ Şəmkir rayonunda silahlı insident olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.

Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi