Şəmkir sakini güclü külək zamanı aşan daş hasarın altında qalıb

Şəmkir sakini güclü külək zamanı aşan daş hasarın altında qalıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Sentyabr , 2017 11:22
Şəmkir sakini güclü külək zamanı aşan daş hasarın altında qalıb

Şəmkir. 28 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda 46 yaşlı kişinin üzərinə daş hasar aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1971-ci il təvəllüdlü Eldar Qələndər oğlu Əliyev güclü külək zamanı aşan daş hasarın altında qalıb. Ağır bədən xəsarətləri alan E.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi