Şəmkir rayonunda mağaza yanıb

Şəmkir rayonunda mağaza yanıb Yanğından mağazaya bitişik digər mağaza mühafizə olunub
Hadisə
15 Yanvar , 2015 08:13
Şəmkir rayonunda mağaza yanıb

BAKI. 15 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb.

Yanğından mağazaya bitişik digər mağaza mühafizə olunub. Yanğın saat 04.15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi