Xaçmaz-Quba yolunda sel suları avtomobillərin hərəkətini çətinləşdirib

Xaçmaz-Quba yolunda sel suları avtomobillərin hərəkətini çətinləşdirib Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Hadisə
18 May , 2024 19:27
Xaçmaz-Quba yolunda sel suları avtomobillərin hərəkətini çətinləşdirib

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

"Report"un Şimal bürosunu məlumatına görə,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb.

Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər.

Suyun axarı olmadığından ərazidə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi