Sel Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü yararsız hala salıb - FOTO

Sel Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü yararsız hala salıb - FOTO Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.
Hadisə
23 Aprel , 2019 20:31
Sel Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü yararsız hala salıb - FOTO
Report

Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

“Report”un Aran bürosunun məlumatına görə, həmçinin rayonun Buravar kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində çöküb.

Bununla yanaşı, Buravar kəndinin mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi