Sel Goranboy rayonunda qaz xəttini iki hissəyə bölüb

Sel Goranboy rayonunda qaz xəttini iki hissəyə bölüb Sel Goranboy rayonunda fəsad törədib.
Hadisə
8 Sentyabr , 2019 16:54
Sel Goranboy rayonunda qaz xəttini iki hissəyə bölüb

Sel Goranboy rayonunda fəsad törədib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Report"a verilən məlumata görə, sel saat 6:00 radələrində Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinin birləşmə hissəsini 2 hissəyə bölüb

Bu səbəbdən də həmin saatlarda qaz təminatında fasilə yaranıb. Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub.

Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi