Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 May , 2021 21:29
Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə "VAZ-2106"da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi