Şəkidə yük avtomobilləri toqquşub, yaralı var

Şəkidə yük avtomobilləri toqquşub, yaralı var Şəkidə şəhərində yol qəzası baş verib.
Hadisə
31 Mart , 2020 09:09
Şəkidə yük avtomobilləri toqquşub, yaralı var

Şəkidə şəhərində yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi yardım Stansiyasının həkimləri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürcü 1991-ci il təvəllüdlü Elçin Hüseynov xilasetmə qüvvələri tərəfindəın xüsusi avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb.  

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi