Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb

Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb
Hadisə
15 fevral 2025 15:31
Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb

Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb, daha sonra traktora çırpılıb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Belə ki, bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada, 1956-cı il təvəllüdlü Yusif Mustafayev aldığı xəsarətlərdən ölüb, “KamAZ”ın sürücüsü 1990-cı il təvəllüdlü Oruc Muradov və traktorun sürücüsü Samir Abdullayev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi