Şəkidə yük avtomobili aşıb, sürücü ölüb

Şəkidə yük avtomobili aşıb, sürücü ölüb Şəki rayonunda "ZİL" markalı yük avtomobili aşıb, sürücü ölüb.
Hadisə
24 İyun , 2022 14:10
Şəkidə yük avtomobili aşıb, sürücü ölüb

Şəki rayonunda "ZİL" markalı yük avtomobili aşıb, sürücü ölüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində "ZİL" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi