Yuxarı

​Şəkidə yol qəzası baş verib, 1 nəfər xəsarət alıb

Maşında sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib

Bakı. 12 aprel. REPORT.AZ/ Günorta saatlarında Şəki rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 15:45-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi