Şəkidə yaşlı kişini maşın vurub

Şəkidə yaşlı kişini maşın vurub Şəki. 14 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Oktyabr , 2018 09:35
Şəkidə yaşlı kişini maşın vurub

Şəki. 14 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1964-cü il təvəllüdlü Qoxmuq kənd sakini Çəbiyev Rövşən Vahid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 54 yaşlı R.Çəbiyevin rayonun Baltalı kənd inzibati ərazisində avtomobillə vurularaq ağır xəsarətlər aldığı məlum olub. Ona qapalı kəllə-beyin travması, hər iki aşağı ətrafın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı və bədənin çoxsaylı əziyi xəsarətləri dioqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Quba rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi