Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib

Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.
Hadisə
20 Noyabr , 2018 08:43
Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib

Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 19-dan 20-ə keçən gecə rayonun Öyrət kənd sakini, 1961-ci il təvəllüdlü Gülxanım Ziyəddin qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirilib ki, müayinə zamanı G.İsmayılovanın noyabrın 19-u axşam saatlarında iştirak etdiyi toy məclisində qidadan zəhərləndiyi məlum olub. G.İsmayılovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bundan əvvəl Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi