Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb

Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb Şəki rayonunda yanğın baş verib.
Hadisə
14 Sentyabr , 2020 20:48
Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb

Şəki rayonunda yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mahmud Əliyev küçəsində Cövdət Qəhrəmanova məxsus evin həyətyanı sahəsindəki ümumi sahəsi 48 kvadratmetr olan mal tövləsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon yanğından mühafizə hissəsinin üç texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 7 ton quru ot kütləsi yanıb. Eyni zamanda bir baş iribuynuzlu heyvanın tüstüdən boğularaq tələf olduğu məlum olub. Ev sahibinin 15 yaşlı oğlu Fuad Qəhrəmanov qorxudan şoka düşüb, həmçinin hər iki ayağının alt hissəsindən yanıq xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada F.Qəhrəmanova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi