Şəkidə toqquşan avtomobillərdən biri yolu keçən piyadanı vurub

Hadisə
  • 14 dekabr, 2021
  • 11:04
Şəkidə toqquşan avtomobillərdən biri yolu keçən piyadanı vurub

Şəki şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "Toyota Camry" markalı avtomobillər toqquşub. Daha sonra idarəetmədən çıxan "Toyota" yolu keçən piyada Şəki sakini, 1971-ci il təvəllüdlü Mahmud Abdullayevi vurub. Başından ağır xəsarət alan 50 yaşlı M.Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.