Şəkidə televiziya əməkdaşı qəzaya düşüb

Şəkidə televiziya əməkdaşı qəzaya düşüb Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Avqust , 2017 14:37
Şəkidə televiziya əməkdaşı qəzaya düşüb

Şəki. 30 avqust. REPORT.AZ/ "ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Yaşaroğlu qəzaya düşüb. 

Bu barədə "Report" un Şimal-qərb bürosuna jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib. 

Onun sözlərinə görə, hadisə avqustun 29-da axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Yaşaroğlu 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi