Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib, xəsarət alan var - YENİLƏNİB

Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib, xəsarət alan var - YENİLƏNİB Şəki rayonunda baş verən yanğın zamanı xəsarət alan şəxsin adı məlum olub.
Hadisə
24 İyun , 2019 20:04
Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib, xəsarət alan var - YENİLƏNİB

Şəki rayonunda baş verən yanğın zamanı xəsarət alan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


*** 19:23

Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın zamanı birnəfərin ağır yanıq xəsarətləri aldığı bildirilir

Faktla bağlı araşdırmalara başlanlılıb. 

Son xəbərlər

Orphus sistemi