Şəkidə silsilə oğurluq edən şəxslər tutulub

Şəkidə silsilə oğurluq edən şəxslər tutulub Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
10 İyun , 2017 16:55
Şəkidə silsilə oğurluq edən şəxslər tutulub

Şəki. 10 iyun.REPORT.AZ / Şəki şəhərində silsilə oğurluq edən şəxslər tutulub.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini Şamo Qasımov Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək evindən 5 000 manatdan artıq dəyəri olan məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Şəki ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən tədbirlər zamanı oğurluqda şübhəli bilinən şəhər sakinləri - Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tutulub. 

İstintaq zamanı məlum olub ki, onlar hazırda Rusiyanın Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən də əşyalar oğurlayıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Son xəbərlər

Orphus sistemi