Bakı. 7 sentyabr. REPORT.AZ/ Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Report” xəbər verir ki, Şəki rayonunun Baş Layıskı kəndində yaşayan Elşən Həbillahov sərxoş vəziyyətdə evinin pilləkənlərindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş E.Həbillahov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.