Şəkidə qumarxana aşkarlanıb

Şəkidə qumarxana aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Noyabr , 2016 11:45
Şəkidə qumarxana aşkarlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Şəki rayonunda qumarxana aşkarlanıb. "Report"un məlumatına görə, qumarxana rayonun Qoxmuq kəndi ərazisində yerləşən kafelərdən birində müəyyən olunub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nazim Qasımov icarə götürdüyü kafedə qumarxana təşkil etdiyi üçün saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi