Şəkidə qəzaya düşən qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb - TƏFƏRRÜAT

Şəkidə qəzaya düşən qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb - TƏFƏRRÜAT Şəki rayonunda yol qəzasına düşmüş qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb.
Hadisə
27 Aprel , 2023 10:53
Şəkidə qəzaya düşən qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb - TƏFƏRRÜAT

Şəki rayonunda yol qəzasına düşmüş qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb.

Bu barədə "Report"un Şimal-qərb bürosu xəbər verir.

Belə ki, Qudula kənd sakini Telman İsaqov Çələbixan qəsəbəsi ərazisində “VAZ-21 099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü və sərnişin Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar. Hadisəni eşidən T.İsaqovun qohumu, Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə onların köməyinə getməyə yollanıb.

Lakin S.Mülayimov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Hər iki yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi