Şəkidə yol qəzası olub, xəsarət alan var

Şəkidə yol qəzası olub, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Şəki kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
13 Sentyabr , 2024 23:16
Şəkidə yol qəzası olub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Şəki kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "Toyota"nın sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi