Şəkidə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Hadisə
  • 12 dekabr, 2021
  • 07:16
Şəkidə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəki sakini Kamil İsmayılovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Nuranə Cəlilovanı vurub. Ağır bədən xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.