Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB

Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
14 Mart , 2020 16:58
Şəkidə piyadanı avtomobil vuraraq öldürdü - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 10:31

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza ötən gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İkinci Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Yamən İsmayıl oğlu Quliyev idarə etdiyi avtomobillə yolu keçmək istəyən İkinci Biləcik kənd sakini, 1969-cu il təvəllüdlü Elçin Rəcəbovvurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi