Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 İyul , 2019 10:31
Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ceyhun Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 17-ə təyin edilib.

Qeyd edək ki, hadisə aprelin 10-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.

Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov idarə etdiyi “VAZ-2170" markalı avtomobillə şəhər sakini Oqtay Abdurəhimovu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

T.Qasımova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi