Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO

Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO Cinayəti 30 yaşlı Reyhan Davudova törədib
Hadisə
12 Noyabr , 2017 15:15
Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO
"Report"

Şəki. 12 noyabr. REPORT.AZ/ Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, cinayəti törədən 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Nüvər Sadıqova dəfn edilib. Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.  

Son xəbərlər

Orphus sistemi